Məclisdə başına butulka ilə zərbə endirdi, daha sonra isə... - Bir ölümün izi ilə
18-09-2020 [11:52]
Əvvəllər də məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb:
"Aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, 19.08.2019-cu il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 04 may 2017-ci il tarixdə gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən təşkil edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evindəki məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bu əsasla 07.09.2020-ci il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2 və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmışdır.
Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilmişdir.
İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf etmiş, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstərmişlər.
Bəhruz Həsənov 07.09.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09.09.2020-ci il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkar olunma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi və digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)