Deputatdan QHT-lərlə bağlı mühüm açıqlama: "QHT-lərin qeydiyyatında insan amili aradan çıxmalıdır..."

img

17-09-2020 [12:08]


"Normal donor institutları, vəsaitləri şəffaf şəkildə verməyə hazır olan təşkilatlarla qeydiyyatı "ASAN Xidmət" vasitəsi ilə həyata keçirmək olar". 

Mia.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, QHT-lərin qeydiyyatında insan amili aradan çıxmalıdır: “Gələcəkdə "ASAN Xidmət" vasitəsilə QHT-ləri əhatə etmək çox asan olar".

Z. Oruc bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT təmsilçiləri ilə sayca 4-cü görüşü keçirilib: "Artıq bu sahədə də inkişafa nail olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq