QURBAN MƏMMƏDOVUN "SAXLANILMA OYUNU": "Üzr istəyirəm" - Yalan xəbəri qəsdən özü yaydırıbmış
17-09-2020 [16:14]
“Yayılan informasiyalara görə Azərbaycan xalqında üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.
Bu sözləri “Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.
Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib:
“Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı. Bilirəm ki, istər İngiltərədə, istər Türkiyədə, istərsə də Avropada Azərbaycan hakimiyyəti məni ovlamaq üçün tədbirlər həyata keçirir. Bu barədə məndə məlumatlar var. Bu mübarizəni sadəlövhcəsinə aparmıram. “İnterpol” məni axtardığı halda başqa ölkəyə gedəsi deyiləm. Buna görə də yayılan məlumata görə təkrar Türkiyə dövlətindən üzr istəyirəm. Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.
***
Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxılıb.
Bu barədə onun bacısı oğlu Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, dayısı sərbəst buraxılıb.
“Hazırda o, İngiltərəyə gedir. Axşam saatlarında Londonda olacaq”, - deyə V. Məmmədov vurğulayıb.
Qeyd edək ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atasının Türkiyədə saxlandığı ilə bağlı “Facebook”da məlumat yaymışdı. Lakin daha sonra o, statusunu silib.
***
ADP sədri Sərdar Cəlaloğlunun Londonda yaşayan qardaşı, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.
Məlumat üçün qeydqeyd edək ki, dünən Q.Məmədovun Türkiyəyə səfər etməsi haqda xəbər yayılmışdı.
Onu da xatırladaq ki, sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.
Qanunvericliliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətyimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib