Kərəm Həsənovun bacısı ilə bağlı qalmaqal: falçı azadlığa buraxılıb?
16-09-2020 [16:12]
Unikal.org saytı prezidentin köməkçisi Kərəm Həsənovun bacısının 1 milyon manata yaxın pulunun dələduzluğun qurbanı olması ilə bağlı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Bakıda falabaxmaq adı ilə, xüsusilə külli miqdarda pullar hesabına dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Rəna Əvəz qızı tanınıb. Bu cinayət işi 1976-cı il təvəllüdlü Rəna Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində başlandığı da məlumtada öz əksini tapıb. Xəbərdə o da deyilir ki, şikayətçi Rəna Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi, − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır. Onun şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. (Bu maddə isə 5 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.)
Qeyd edək ki, həmin olay haqqında ilk dəfə “Yeni Sözçü” qəzeti yazıb. “Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə görə verib?” başlaqlı məqalədə bu hadisələrdən bəhs etmişdik.
O zaman redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, 201900094 saylı cinayət işin başlanmasına səbəb Ağarzayeva Rəna Əvəz qızının şiakyəti olduğu, şikayətin əsasında isə bu xanımın 397 (üçyüz doğsan yeddi) min manatının mənimsənilməsi iddiası dayanırdı. Eyni zamanda Rəna Ağarzayevanın şikayəti əsasında başlanmış cinayət işinin məhkəmə təqdimatında deyilir ki, “İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açaraq özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan Dmitri adlı mahir baxıcılar kimi təqdim ediblər.Səhifədə o da qeyd olunur ki,onlar kart vasitsilə fal açaraq, qadınların gələcək taleyi ilə bağlı proqnozlar verirlər. Beləliklə az vaxtda onlara müraciət edən qadınların etibarını qazanmışlar. Bu məqsədlə Rəna Əvəz qızı Ağarzayevanın etibarınını qazanan Şəfəq İsmiyeva bu etibardan sui-istifadə edərək 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi həmin xanımın 397 min manat pulunu mənimsəyib”. Bundan başqa həmin məlumatda deyilirdi ki, Şəfəq İsmiyeva R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin isə bağlandığı ilə bağlı cadu ediliyini bildirərək, daha çox gəlir əldə etmək istəmişdi və məqsədinə də nail olmuşdur.
O zaman həmin məlumat əsasında yazını hazırlayarkən Ağarzayeva Rəna Əvəz qızının Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olması haqqında məlumat daxil olmuşdu. Lakin həmin məlumatın təsdiqi ilə bağlı müəyyən müəmmalar olduğu üçün yazıda qeyd etməmişdik. Rəna Əvəz qızı Ağarzayevanın isə 1976-cı ildə Cəlilabad rayonunda anadan olması haqqında da məlumatlar əldə edərək, onu yazıda qeyd etmişdik. Kərəm Həsənovun 1969-cu ildə anadan olduğunu nəzərə alsaq deyə bilərik ki, Rəna Əvəz qızı Ağarzayeva onun kiçik bacısıdır. Rəna xanımın “Ağarzayeva”familyası isə onun həyat yoldaşı Sənan Məhərrəm oğlu Ağarzayevin soyadıdır.
Redaksiyamıza daxil olan yeni məlumatda o da deyilir ki, bir milyon manat miqdarında pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan İsmiyeva Şəfəq Müslüm qızı haqqında müəmmalı şəkildə həbs qəti imkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb. Bu məsələ ilə bağlı fikirini öyrəndiyimiz hüquqşünas bildirdi ki,hallar yalnız zərərçəkənin razılığı əsasında baş verə bilər və bir də xüsusi hallarda ola biləcəyinə diqqət çəkdi. Əldə edə bildiyimiz məlumata görə İsmiyeva Şəfəq Müslüm qızının haqqında həbs qəti imkan tədbirinin dəyişdirilməsində xüsusi hal olmayıb. Buna görə də Rəna və Sənan Ağarzayevlər aydınlıq gətirməlidir ki, İsmiyeva Şəfəq Müslüm qızının azadlığa çıxması onların razılığı əsasında baş verib?! Yoxsa... Eyni zamanda Ağarzayevlər falçıya verdikləri bir milyon manat pulu haradan əldə etdiklərini açıqlamalıdırlar. Biz də öz növbəmizdə Ağarzayevlərin fəaliyyət sahəsi ilə bağlı araşdırmalar aparacağıq. Çünki, yüksək dövlət vəzifəsi tutan bir məmurun bacısı 201900094 saylı cinayət işində qeyd olunduğu kimi firıldaqçı falçıya 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi verdiyi 397 min manatın habelə, son məlumata görə bir milyon manatın haradan alması oxucularımız üçün də maraqlıdır.
Burada diqqət çəkən məqamlardan biri də odur ki, keçmiş həyat yoldaşı və hazırda dələduzluq əməllərinə görə həbs olunan Ceyhun Zeynallının hansı səbəblərdən qurabanlıq seçilməsidir. Burada gizli nüanslar ola bilər: ya Ağarzayeva firıldaqçı falçı İsmiyeva Şəfəq Müslüm qızının azadlıqda olması hansı məqsədə görəsə vacibdir, ya da Kərəm Həsənov kimi yüksək vəzifəli bir şəxsin baçısı olmasına arxayındır. Biz həmçinin bu gizli nüanslara da aydınlıq gətirməyə çalışacağıq.Cünki aldığmız məlumata görə, Ceyhun Zeynallı bu prosesdə nə vasitəçi, nə də iştirakçı olub. Onun günahı ancaq və ancaq keçmiş həyat yoldaşından olan övladı ilə münasibətlərinin kəsməməsidir. Siz deyin. Hansı qadın onu boşayan kişiyə milyon manat etibar edər?
İstintaq bu kimi məsələlərə aydınlıq gətirməyib. Aydın olur ki, olayda ən zəif bənd olan Ceyhun Zeynallı doğurdanda qurbanlıq seçilib. Çünki, İsmiyeva Şəfəq Müslüm qızının dil açması Ağarzayevlərə, eləcə də onların hamisi Kərəm Həsənova “baş ağrısı” gətirə bilər.
P.S.Ağarzayevlərin firıldaqçı falçıya 1 milyon manat verməsi ilə bağlı redaksiyamıza özəl məlumatlar da daxil olub. Həmin məlumatların təsdiq və təkzib edilməsi ilə bağlı Rəna Əvəz qızı Ağarzayeva və onun həyat yoldaşı Sənan Məhərrəm oğlu Ağarzayevin şərhlərini dinləməyə hazırıq.
Azad Aydın,
“Yeni Sözçü” qəzeti
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq