Kərəm Həsənovun bacısı ilə bağlı qalmaqal: falçı azadlığa buraxılıb?

img

16-09-2020 [16:12]


Unikal.org saytı prezidentin köməkçisi Kərəm Həsənovun bacısının 1 milyon manata yaxın pulunun dələduzluğun qurbanı olması ilə bağlı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Bakıda falabaxmaq adı ilə, xüsusilə külli miqdarda pullar hesabına  dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Rəna Əvəz qızı tanınıb. Bu cinayət işi 1976-cı il təvəllüdlü Rəna Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində başlandığı da məlumtada öz əksini tapıb. Xəbərdə o da deyilir ki, şikayətçi Rəna Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi, − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır. Onun şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. (Bu maddə isə 5 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.) 

 

Qeyd edək ki, həmin olay haqqında ilk dəfə “Yeni Sözçü” qəzeti yazıb. “Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə görə verib?” başlaqlı məqalədə bu hadisələrdən bəhs etmişdik. 

O zaman redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, 201900094 saylı cinayət işin başlanmasına səbəb Ağarzayeva Rəna Əvəz qızının şiakyəti olduğu, şikayətin əsasında isə bu xanımın 397 (üçyüz doğsan yeddi) min manatının mənimsənilməsi iddiası dayanırdı. Eyni zamanda Rəna Ağarzayevanın şikayəti əsasında başlanmış cinayət işinin məhkəmə  təqdimatında deyilir ki, “İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açaraq özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan Dmitri adlı mahir baxıcılar kimi təqdim ediblər.Səhifədə o da qeyd olunur ki,onlar  kart vasitsilə fal açaraq,  qadınların gələcək taleyi ilə bağlı proqnozlar verirlər. Beləliklə az vaxtda  onlara müraciət edən qadınların etibarını qazanmışlar. Bu məqsədlə Rəna Əvəz qızı Ağarzayevanın etibarınını qazanan Şəfəq İsmiyeva bu etibardan  sui-istifadə edərək 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi həmin xanımın  397 min manat pulunu  mənimsəyib”. Bundan başqa həmin məlumatda deyilirdi ki, Şəfəq İsmiyeva R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin isə bağlandığı ilə bağlı cadu ediliyini bildirərək, daha çox gəlir əldə etmək istəmişdi və məqsədinə də nail olmuşdur. 

O zaman həmin məlumat əsasında yazını hazırlayarkən Ağarzayeva Rəna Əvəz qızının Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olması haqqında məlumat daxil olmuşdu. Lakin həmin məlumatın təsdiqi ilə bağlı müəyyən müəmmalar olduğu üçün yazıda qeyd etməmişdik. Rəna Əvəz qızı Ağarzayevanın isə 1976-cı ildə Cəlilabad rayonunda anadan olması haqqında da məlumatlar əldə edərək, onu yazıda qeyd etmişdik. Kərəm Həsənovun 1969-cu ildə anadan  olduğunu nəzərə alsaq deyə bilərik ki, Rəna Əvəz qızı Ağarzayeva onun kiçik bacısıdır. Rəna xanımın “Ağarzayeva”familyası isə onun  həyat yoldaşı Sənan Məhərrəm oğlu Ağarzayevin soyadıdır. 

Redaksiyamıza daxil olan yeni məlumatda o da  deyilir ki, bir milyon manat miqdarında pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan İsmiyeva Şəfəq Müslüm qızı haqqında müəmmalı şəkildə həbs qəti imkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb. Bu məsələ ilə bağlı fikirini öyrəndiyimiz hüquqşünas bildirdi ki,hallar yalnız zərərçəkənin razılığı əsasında baş verə bilər və bir də xüsusi hallarda ola biləcəyinə diqqət çəkdi. Əldə edə bildiyimiz məlumata görə İsmiyeva Şəfəq Müslüm qızının haqqında həbs qəti imkan tədbirinin dəyişdirilməsində xüsusi hal olmayıb. Buna görə də Rəna və Sənan Ağarzayevlər aydınlıq gətirməlidir ki, İsmiyeva Şəfəq Müslüm qızının azadlığa çıxması onların razılığı əsasında baş verib?! Yoxsa... Eyni zamanda Ağarzayevlər falçıya verdikləri bir milyon manat pulu haradan əldə etdiklərini açıqlamalıdırlar. Biz də öz növbəmizdə Ağarzayevlərin fəaliyyət sahəsi ilə bağlı araşdırmalar aparacağıq. Çünki, yüksək dövlət vəzifəsi tutan bir məmurun bacısı 201900094 saylı cinayət işində qeyd olunduğu kimi firıldaqçı falçıya 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi verdiyi 397 min manatın habelə, son məlumata görə bir milyon manatın haradan alması oxucularımız üçün də maraqlıdır. 

Burada diqqət çəkən məqamlardan biri də odur ki, keçmiş həyat yoldaşı və hazırda  dələduzluq əməllərinə görə həbs olunan Ceyhun Zeynallının hansı səbəblərdən  qurabanlıq seçilməsidir. Burada gizli nüanslar ola bilər: ya Ağarzayeva firıldaqçı falçı İsmiyeva Şəfəq Müslüm qızının azadlıqda olması hansı məqsədə görəsə vacibdir, ya da  Kərəm Həsənov kimi yüksək vəzifəli bir şəxsin baçısı olmasına arxayındır. Biz həmçinin bu gizli nüanslara da aydınlıq gətirməyə çalışacağıq.Cünki aldığmız məlumata görə,  Ceyhun Zeynallı bu prosesdə nə vasitəçi, nə də iştirakçı olub. Onun günahı ancaq və ancaq keçmiş həyat yoldaşından olan övladı ilə münasibətlərinin kəsməməsidir. Siz deyin. Hansı qadın onu boşayan kişiyə milyon manat etibar edər? 

İstintaq bu kimi məsələlərə aydınlıq gətirməyib. Aydın olur ki, olayda ən zəif bənd olan Ceyhun Zeynallı doğurdanda qurbanlıq seçilib. Çünki, İsmiyeva Şəfəq Müslüm qızının dil açması Ağarzayevlərə, eləcə də onların hamisi Kərəm Həsənova “baş ağrısı” gətirə bilər.

P.S.Ağarzayevlərin firıldaqçı falçıya 1 milyon manat verməsi ilə bağlı  redaksiyamıza özəl məlumatlar da daxil olub. Həmin məlumatların təsdiq və təkzib edilməsi ilə bağlı Rəna Əvəz qızı Ağarzayeva və onun həyat yoldaşı Sənan Məhərrəm oğlu Ağarzayevin şərhlərini dinləməyə hazırıq. 

Azad Aydın,

“Yeni Sözçü” qəzeti


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı