Dünya futbolunun koronavirusa görə itkisi açıqlandı

img

16-09-2020 [15:59]


Dünya futbolunun koronavirus pandemiyasından qaynaqlanan maliyyə itkiləri 2020-ci ildə 14 milyard ABŞ dolları təşkil edəcək. 

Bu barədə FIFA-nın COVID-19 iqtisadi fəsadlarının aradan qaldırılması üzrə FIFA Komitəsinin rəhbəri Olli Ren bildirib. Bu, ümumi klub futbol bazarının üçdə birini təşkil edir. 

Ren qiymətləndirmənin mövcud ssenariyə əsaslandığını, lakin pandemiyanın səngiyəcəyi təqdirdə məbləğin dəyişə biləcəyini bildirib: "Koronavirus pandemiyası futbola çox zərbə vurdu,  müxtəlif səviyyələrdə qarışıqlığa səbəb oldu. Bəzi peşəkar klublar çox ciddi çətinliklərlə qarşılaşdı. Akademiyalar və aşağı divizion klubları ilə əlaqədar vəziyyət məni də çox narahat edir".

FIFA rəsmisi Afrika və Asiyada futbolu inkişaf etdirmək üçün göstərilən səylərin qarşının alınması ilə bağlı təhlükənin olduğunu söyləyib./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR