ÜST: “COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”

img

16-09-2020 [15:02]


“COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc edilmiş press-relizində bildirilib.

ÜST mövcud koronavirusun hələ öhdəsindən gəlinmədiyinə baxmayaraq, bəşəriyyətin yeni bir pandemiyaya hazırlaşması lazım olduğu qənaətindədir.

Cenevrədə yayımlanan press-relizdə qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında bu cür addımların atılmasının vacibliyi müzakirə olunacaq.

Təşkilat sessiyanı üç mövzu üzərində aparmağı planlaşdırır. Belə ki, ÜST beynəlxalq ictimaiyyətin yeni pandemiyaya qarşı birgə hazırlığından əlavə, COVID-19 ilə mübarizə vasitələrinə çıxışın sürətləndirilməsi təşəbbüsünün dünyada aktiv dəstəyinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair dövlətlərin öhdəliyini təsdiqinə ümid edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR