Bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq

img

16-09-2020 [14:48]


Bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq.

Bu barədə məlumatı “CNN Türk” yayıb.

Məlumata görə, Çin istehsalı olan peyvəndin yaxın on gündə 1 200 – 1 300 tibb işçisinə vurulması planlaşdırılır.

Bildirilib ki, 14 gün sonra çıxan nəticələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək. Gələcəkdə xronik xəstəliyi olan 13 min nəfərin vaksinləşdirilməsi hədəflənib.

Qeyd olunub ki, Çin ilə yanaşı, Braziliya, İndoneziya, Banqladeş də daxil olmaqla bir sıra ölkədə 10 min nəfərə bu vaksindən vurulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA