İmişlidə kənd sakininin hədə-qorxu ilə pulunu alan şəxs həbs edildi

img

16-09-2020 [13:07]


İmişli rayon sakininə hədə-qorxu gəlinib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8 000 manat pul tələb edilməsini bildirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6 000 manat pulu alarkən saxlanılıb.

Araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR