"Bandotdel"də əməliyyat: Bərdə sakinini qətlə yetirən şəxs saxlanıldı

img

16-09-2020 [13:04]


Bərdədə qətl törədən şəxsin evində silah-sursat aşkarlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR