Ali Məhkəmədə İşçi Qrupu yaradıldı - Ramiz Rzayev müavininə yeni vəzifə verdi

img

16-09-2020 [10:57]


Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

Əmrə əsasən,  Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov İşçi qrupunun rəhbəri təyin edilib.

Bildirilib ki, İşçi qrupunun yaradılmasında məqsəd Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsidir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR