Kamran Əliyevə daha bir vəzifə verildi - Deputat isə Baş prokurorun müavini oldu

img

15-09-2020 [20:32]


Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın bu gün keçirilən iclasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi üzrə Milli Kordinator vəzifəsinə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev seçilib.

Mia.az xəbər veirr ki, digər qərarla Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) isə Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsi Milli Məclisin deputatı Kamal Cəfərova həvalə olunub.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni katibi vəzifəsinə isə Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Ramin Vəlizadə gətirlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR