Tofiq Yaqublunun səhhəti kritikdir: "Biz bilmirik bunun sonu necə olacaq"

img

15-09-2020 [17:27]


“Zaman Tofiq Yaqublunun əleyhinə işləyir”.

Mia.az xəbər verir ki, bu barədə 14 gündür aclıq askiyası keçirən Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun qızı Nigar Həzi deyib. O bildirib ki, atasının səhhəti artıq kritikdir: “Həkim deyir ki, artıq Tofiq Yaqublunun orqanizmi özü özünü yeyir. Vəziyyəti kritikdir. Biz bilmirik bunun sonu necə olacaq. Apellyasiya şikayəti verilsə də, hələ məhkəmə barədə bir söz demirlər”.

Tofqi Yaqublunun vəkili Aqil Layic isə bu dəfə də onunla görüşə bilməyib. “Artıq üçüncü dəfədir gəlirəm. Amma görüşə imkan verilmir. Ombudsmana, Penitensiar Xidmətə müraciətlərimizin də nəticəsi olmayıb. Görüşə bilmədiyimiz üçün onun səhhətindən narahatıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR