Sağ olduğu halda ölmələri haqda saxta arayış hazırlayıb, torpaqlarını satdılar - Bakıda şok olay + FOTOLAR
15-09-2020 [14:29]
"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb. Daxil olan məlumatlarla bağlı tərəfimizdən bildirilir ki, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb".
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib:
"Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, Türkan qəsəbəsi sakinləri - 90 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, onlar sənəd üzərində “öldürüb”lər. Belə ki, hər iki şəxsin iddialarına görə, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Hazırda həyatda olan qadınların əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var. Qadınlar qeyd edir ki, Türkan qəsəbəsində torpaqları zəbt edilib.
Əzizə Atayevanın “ölüm haqqında şəhadətnamə”sində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Qadın işin üstü açılandan sonra özünün, övladlarının ölümlə təhdid edildiyini deyir.
20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”. Hər iki qadın baş vermiş hadisədə icra nümayəndəsi Rahil Babayevin və bələdiyyə sədrinin adını çəkirlər/Report.
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar