Mehriban Əliyeva: "Ümid edirəm ki, Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz"

img

15-09-2020 [12:47]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə "Instagram" hesabında paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"


Digər xəbərlər
SON XƏBƏRLƏR