CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı - MN açıqladı

img

15-09-2020 [10:28]


Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb:

"Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR