"Mən “borcları bağlayacağam” deməmişəm” - İcra başçısı vəzifəsini boksa dəyişir?
15-09-2020 [10:19]
Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) növbədənkənar Konqresinin keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, 12-13 dekabrda koronavirus pandemiyası səbəbindən onlayn keçirilməsi planlaşdırılan tədbirdə qurumun yeni prezidentinin seçilməsi gözlənilir. Bununla bağlı yaxın günlərdə yekun qərar açıqlanacaq.
AİBA-nın rəhbər postuna Assosiasiyanın İcraiyyə Komitəsinin bir neçə üzvünün təşəbbüsü ilə eyni komitənin üzvü, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun namizədliyi irəli sürülüb. Hələlik yeganə namizəd olan Mikayılov pandemiya dövründə çətin və məsuliyyətli yükün altına girdiyini, sevimli idman növü olan boksun inkişafında öz töhfəsini vermək arzusunu qeyd edib.
O bildirib ki, dünya boks ailəsi son prezident seçkilərindəki səhvi təkrarlamamalı, lazım olan lideri seçməli və boksun dünya idmanındakı nüfuzunu qaytarmalıdır. 58 yaşlı S. Mikayılovun platformasının əsasını seçkilərdən sonra maliyyə dayaqlarını möhkəmlətmək, strukturu yenidən formalaşdırmaq və Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq təşkil edir. Həmçinin 2024-cü ilədək büdcənin hazırlanması da əsas prioritetdir. Kənar ekspertlərdən ibarət yeni baxış komitəsinin formalaşdırması üçün isə AİBA-nın əsasnaməsinə dəyişikliklərin edilməsini də məqsədəuyğun sayan sabiq boksçu və hakim idarəetmənin yeni strukturu, yeni maliyyə prinsipləri, etika və mədəniyyət məsələlərində dəyişikliklər, bütün qaydaların yenidən nəzərdən keçirilməsi, qadın boksunun inkişafı üçün layihələrə baxılması, yarışlarla bağlı planların formalaşması, həmçinin AİBA-nın imicinin bərpası və yeni tədbirlərin təşkili üçün PR planların hazırlanmasını təklif edib.
Yuxarıda qeyd olunanlar həyata keçdikdən sonra yeni rəhbər Beynəlxalq Olimpiya Komitəsinə məruzə hazırlamalıdır ki, bunun əsasında boks Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasın. S. Mikayılov bunun üçün lazım olan vəzifələrin icrasını öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, son aylarda, hətta illərdə lazım olan plan və dəstəyi hazırlayıb ki, AİBA-nın və boksun taleyini uğurlu şəkildə dəyişsin: “Bu uğura tam əminəm. Öz səhvlərimizi etiraf etməyi utanmamalıyıq. Amma artıq onlar keçmişdə qalıb. Biz maliyyədən, idarəetmədən müstəqil olmalı və boksçularımız üçün tam məsuliyyət daşımalıyıq. Bu hədəfə çatdıqdan sonra biz artıq öz yolumuzla gedəcəyik. Bu günki gündə AİBA hələ də gələcəklə bağlı ümid evi kimi qalır. İcraiyyə Komitəsinin üzvləri AİBA-nı nikbin ruhda həyatda saxlamaq üçün hər şey ediblər. Əgər dekabrda mənə sizin rəhbər kimi xidmət etmək imkanını nəsib etsəniz, səylərinizi qiymətləndirəcəyimə söz verirəm. Bu bizim idman növüdür və başqa heç kimə məxsus deyil. O həmişə bizdə qürur hissi yaradıb və həyatımıza rəng qatıb. Biz kiməsə onu bizdən almağa imkan verə bilmərik”.
S.Mikayılov mətbuatda AİBA-nın borclarını bağlayacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, yazılanlar heç bir həqiqəti əks etdirmir: “Mən bununla bağlı heç kimə söz verməmişəm. Sadəcə bildirmişəm və platformamda da qeyd etmişəm ki, 3 ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən “borcları bağlayacağam” deməmişəm”.
Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir. Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısıdır.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda S.Mikayılov icra başçısı vəzifəsindən azad olunacaq. Məhz buna görə, o, bundan sonrakı boks karyerasına daha çox vaxt ayıracağını planlayıb.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb