Azərbaycan millisinin futbolçusu Türkiyədə oynayacaq

img

14-09-2020 [18:37]


Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.

"Ajanspor" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/2020 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR