Bakı İcra Hakimiyyətində növbəti maliyyə xərcləməsi: eyni şirkət daha 3 tenderdə qalib oldu

img

14-09-2020 [17:15]


Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi mebel və avadanlıqların (1), maşın və avadanlıqların (2), eləcə də yanğın söndürən balonların doldurulması və tədbir üçün müxtəlif kostyumların (3) alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Mia.az "Report"a istinadla xəbər verir ki, tenderlərin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-dir.

Qalib şirkətə müvafiq olaraq 1 301,5 min manat, 1 536,4 min manat və 1 484,4 min manat, ümumilikdə isə 4 322,3 min manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR