13 gündür aclıq edən Tofiq Yaqublu: "Ya bəraət verilməlidir, ya da öləcəm" 

img

14-09-2020 [16:48]


Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun qızı Nigar Həzi atası ilə görüşüb. 

Mia.az xəbər verir ki, bu barədə Nigar Həzinin özü bildirib.

Onun sözlərinə görə, həbsinə etiraz olaraq 13 gündür ki, aclıq aksiyası edən atası hazırda “City Hospital” klinikasında reanimasiyadadır:  “Artıq sistemləri də dayandırıb. Bildirdir ki, bundan sonra sistem vurulmasına imkan verməyəcək. Hətta doktor Adil Qeybulla belə, israr etsə də, bu, olmayacaq. Xeyli zəifləyib. Vəkillərinin hər gün onunla görüşünə icazə verilməsini tələb edir”.

Onun sözlərinə görə, Tofiq Yaqublu zəifləməsinə baxmyaraq, aksiyanı davam etdirməkdə israrlıdır. “Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm. Heç bir qidalanmadan söhbət gedə bilməz. Ona vurulan sistemlər də qida tərkibli deyil”, - deyə Tofiq Yaqublunun qızı bildirib.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı Tofiq Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR