YAP beynəlxalq təşkilatlara müraciət edib
14-09-2020 [16:33]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb.
Partiyadan Mia.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirməkdə və regionda vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda davam edir.
Beynəlxalq ictimaiyyətin diqqətini erməni vəhşılıklərinə, təxribatlarına, eləcə də, ayrı-ayrı ölkələrdən olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılmasına cəlb etmək məqsədi daşıyan müraciətdə daha sonra qeyd olunur: “İyul ayında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri olan neft və qaz kəmərlərinin keçdiyi bölgəyə yaxın ərazidə, Ermənistan-Azərbaycan dövlət sərhəddində bir mülki azərbaycanlının və çoxlu sayda hərbçinin ölümü ilə nəticələnən silahlı qarşıdurma yaradan Ermənistan, bundan qısa müddət sonra sərhəddin başqa bir hissəsində hərbi təxribata cəhd etdi.
Hərbi təxribatları intensivləşdirən və eyni zamanda destruktiv, məsuliyyətsiz ritorika ilə sülh danışıqlarını pozan Ermənistan rəhbərliyi indi də ələ keçirilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin yeni və daha aqressiv mərhələsinin başlanğıcını qoyur.
Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən, Ermənistan bu faciədən işğal etdiyi ərazilərin demoqrafik vəziyyətini dəyişmək üçün sui-istifadə edir. Erməni mənbələrinin yaydığı məlumatlara görə, artıq bir neçə livanlı erməni ailəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilib və mümkün qədər çox Livan ermənisinin bu prosesə cəlb olunması planlaşdırılır.
Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb.
Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması, Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasətinin aparılması müharibə cinayəti hesab olunur və bu baxımdan, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma ilə növbəti müharibə cinayətini törətməkdədir.
İstehza doğuran faktdır ki, bu əməli ilə Ermənistan təkcə beynəlxalq hüququ deyil, elə öz qanunlarını da pozur. Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdən əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 illik həbs cəzası nəzərdə tutulur. Qeyd edək ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edərək onları özünün avantürist siyasətinin qurbanlarına çevrir.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və idarə etdiyi qondarma rejim isə son günlər Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bildirərək, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.
Danışıqlardan faktiki olaraq imtina edən, Azərbaycan ərazilərinin ilhaqına yönələn açıq təxribatçı çağırışlar və hərəkətlər edən Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyətin son dərəcə gərginləşməsinə və baş verə biləcək istənilən təxribata və silahlı insidentə görə məsuliyyət daşıyır”.
Yeni Azərbaycan Partiyasının beynəlxalq təşkilatlara müraciətində daha sonra bildirilir: “Azərbaycan hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanan həllinə nail olmaq məqsədinə sadiqdir.
Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq siyasi partiya təşkilatlarını və tərəfdaş siyasi partiyaları bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın təxribatçı əməllərini pisləməyə və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürməyə son qoyulmasını tələb etməyə çağırır.”
Qəzzada bir ev vuruldu: 13 nəfəri həlak olub, yaralılar var
İstanbiulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib