Siyavuş Novruzov parlamentdə iclas keçirəcək

img

12-09-2020 [13:04]


Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçiriləcək.

Mia.az “Report”a istinadla xəbər veirr ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir. 

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.

Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı ilə bağlı yaranan qalmaqaldan sonra Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib. Bu barədə verilən suala isə o, "indi özümü yaxşı hiss etmirəm" cavabını verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR