Baş Nazir: “’Virusun idarə edilməsi üçün əlavə məhdudiyyətlər tətbiq etməliyik”

img

11-09-2020 [16:08]


Gürcüstanda sərt iqtisadi məhdudiyyətlər tətbiq edilməyəcək.

Bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ölkə epidemioloji sahədə, kliniki idaarəetmədə nailiyyətlər əldə edib, buna görə də təşvişə ehtiyac yoxdur. Baş nazir əlavə məhdudiyyətlərin tətbiqini də istisna etməyib: "Biz virusu effektiv şəkildə idarə etməliyik. Tibbi maskadan istifadə etmək kimi tələblər ağır tələblər deyil, amma görünür, biz bəzi məhdudiyyətlər tətbiq etməliyik və düşünürəm ki, vətəndaşlarımız bunu anlayışla qarşılamalıdırlar”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR