05-11-2013 [17:05]
Nazirliyin mətbuat xidmətindən apa-ya verilən açıqlamada deyilir ki, bu ilin oktyabr ayı qeyri-daimi üzv kimi Azərbaycanın BMT TŞ-da ikinci sədrlik dövrü olub və bu dövrdə BMT TŞ-nın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib.
"2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Sülh və Təhlükəsizliyə Terrorizmin doğurduğu Hədələr mövzusu çərçivəsində 4 may 2012-ci il tarixində "Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclas keçirilib.
Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası olub. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Ban Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə BMT TŞ-nın üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobal və regional proseslərə toxunulmuş və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilib.
İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd olunaraq, İslam dininə qarşı olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanıb. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edilib, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səslənib.
Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nın qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanıb.
BMT baş katibi bu çərçivədə işçi nahar müzakirələrində Keniya, Suriya və Somalidəki vəziyyət barəsində məruzələrlə çıxış edib.
Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir kimi 3-9 oktyabr tarixlərində BMT TŞ-nın Afrikaya səfəri təşkil edilib. Məqsədi Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi olan bu səfər çərçivəsində BMT TŞ-nın üzvləri Konqo Demokratik Respublikası (KDR), Ruanda, Uqanda və Efiopiyada olmuşlar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutmuşdur. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılmış və yekunda Birgə kommünike qəbul edilib.
BMT TŞ-nın Yaxın Şərq, qadınlar, sülh və təhlükəsizlik və TŞ-nın iş metodları ilə bağlı üç açıq iclası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Sudan və Cənubi Sudan münasibətləri, Sudanın Darfur və Abyei bölgələri, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi və Livanda vəziyyət və Fil Dişi Sahili üzrə Sanksiyalar Komitəsinin məruzəsi ilə bağlı çoxsaylı iclasları və qapalı məsləhətləşmələri keçirilib.
Oktyabrın 30-da Şuranın son bir il ərzində fəaliyyətini, o cümlədən keçirilmiş iclaslar, müzakirələr və qəbul edilmiş qərarları əks etdirən hesabatı qəbul edilib.
Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nın qeyri-rəsmi görüşünü təşkil edib.
Azərbaycanın TŞ-da sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və Şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.
BMT TŞ sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində 2 oktyabrda Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsindəki Afrika İttifaqı və BMT-nin Birgə Əməliyyatı, BMT-nin Mali və Konqo Demokratik Respublikasındakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilər ilə əlaqədar altı bəyanatı qəbul edilib.
Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT-nin Katibliyi, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT TŞ-da sədrliyin başa çatması münasibətilə rəsmi tədbir keçirib.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nın sədri qismində beynəlxalq səviyyədə ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verib. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri inkişaf etdirilib.
Noyabr ayında BMT TŞ-da sədrlik Azərbaycandan Çinə keçib”.
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladların ailə həyatından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi
Qaz üçün əlavə bir manat ödəniş... - Yeni tariflər nə vaxt qüvvəyə miinəcək? (AÇIQLAMA)
Bank kartlarına yenidən kiberhücumlar başlayıb
DTX-dən növbəti sensasiyalı əməliyyat: 4 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub
Türk hakim futboldan uzaqlaşdırıldı - 15 günlük
Aytac Əlisultanlı İdarə Heyətinə yeni üzv təyin olunub
Yaxın üç gün ərzində hava necə olacaq? - Proqnoz
187 dərmanın qiyməti bahalaşıb - Tarif Şurası qərar verdi
Peşə tanınması ilə bağlı imtahanlar - Aylıq statistika açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra başçısının “Vikipediya” səhifəsi barədə maraqlı xəbər yayılıb
“Ezel”dəki "Dayı"nı 12 il həbs gözləyir - "Xərac" kəsirmiş
Rusiya Baş nazirinin müavini Azərbaycana gələcək
Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələri görüşəcək
Qazaxıstan prezidenti Azərbaycana gəlir - Bu tarixdə