Bərdədə özünü yandıran şəxslə bağlı araşdırma başlandı

img

11-09-2020 [12:56]


Bərdə Rayon Prokurorluğunda intihara cəhd edən şəxslə bağlı araşdırmalar başlanılıb.

Mia.az xəbər verir ki, hadisə ötən gün Bərdə şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Nəsirov İlham Cavanşir oğlu şəhər mərkəzində özünü benzinlə yandıraraq intihara cəhd edib. O, rayon xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları səyi nəticəsində xilas olunub.

Aparılan ilkin araşdırma zamanı İ.Nəsirovun səhhətində yaranan problemlərlə əlaqədar intihar etmək istəməsi müəyyən edilib.

Hazırda Bərdə Rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR