Həbsdəki sabiq icra başçısı vəkilindən imtina edib 

img

11-09-2020 [11:50]


Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı, bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan İsmayıl Vəliyev vəkilindən imtina edib.

Sabiq icra başçısı vəkilini dəyişib. İ. Vəliyev vəkil Əyyub Ələkbərovla bağlanmış müqaviləyə xitam verib. O, artıq hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayıb/APA.

Onu da qeyd edək ki, sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə həbs olunan şəxslər bu gün Səbail rayon Məhkəməsinə gətiriliblər.

Hazırda onların barələrində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi iləbaxılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR