Daxili İşlər Nazirliyi Abşeronda baş verən ağır qəza ilə bağlı açıqlama yaydı

img

10-09-2020 [12:21]


Daxili İşlər Nazirliyi Abşeronda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində A.Məmmədovun və B.Şahmuradovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və 7 nəfər sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Tamam Muradova orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR