Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb

img

10-09-2020 [10:53]


Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 906-ya çatıb. İndiyədək 41 233 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 908 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR