Novella Cəfəroğlu: “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək"

img

09-09-2020 [16:36]


“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olaraq Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçiririk”.

Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun azad edilməsi üçün həm ölkə başçısına, həm də müvafiq instansiyalara müraciətlər edilib və danışıqlar aparılır:

“Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla da “Zoom” üzərindən görüşümüz oldu və yaxın vaxtlarda üzbəüz görüşümüz də olmalıdır”.

N.Cəfəroğlu yaxın günlərdə Tofiq Yaqublunun azad ediləcəyinə ümid etdiyini bildirir:

“95 faiz ümid edirəm ki, o, tezliklə həbsdən buraxılacaq. Çünki onun həbs edilməsi bizim dövlətə lazım olmayan hərəkət idi. Biz xarici dövlətlərin təzyiqindən qorxmuruq, amma bu həbs nə hökumətə, nə dövlətə, nə də dövlətçiliyə uyğun deyildi. İnşallah, yaxın günlərdə onu azadlıqda görəcəyik!”

Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR