“Azgranata”da karantin qaydaları pozulub

img

09-09-2020 [14:02]


Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən  “Azgranata” MMC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

APA-nın məlumatına görə, polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib. 

Protokola Səbail rayon Məhkəməsində baxılacaq. 

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat cərimə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR