"O həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin” - Deputatdan şok tələblər

img

09-09-2020 [12:41]


“Əlilliyin təyin edilməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müvafiq qurumlar birgə treninq təşkil etsə, bu sahədə problemlər aradan qalıxar”.

Mia.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər: “Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.

Millət vəkili ehtiyacı olan xüsusi kateqoriya şəxslərə dövlət hesabına ev verilməsi ilə bağlı rayon icra hakimiyyətlərindəki komissiyalara millət vəkillərinin də daxil edilməsini də təklif edib: “Bizə müraciət edən insanlar var ki, illərdir növbədədir, ancaq növbə dəyişmir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə də əlaqə saxlamışam. Məlum olur ki, bu məsələ ilə rayon icra hakimiyyətlərində yaradılan komissiyalar məşğul olur. Mən deputatların da o komissiyalara daxil edilməsini təklif edirəm. Millət vəkili kimi bu işlərə də vaxt ayıraq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR