Ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olundu - Gürcüstanda

img

09-09-2020 [12:24]


Gürcüstan hökumətinin qərarı ilə sabahdan ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Bu barədə hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifiqində bildirib.

Onun sözlərinə görə, qapalı və açıq məkanlarda kütləvi mərasimlərin keçirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, bu günədək qonşu ölkədə açıq havada kütləvi tədbirlərin keçirilməsi mümkün idi/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR