"Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var” - Deputatdan etiraz

img

09-09-2020 [11:28]


“Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Jalə Əliyeva bildirib.

J. Əliyeva deyib ki, vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir: “Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır”.

Millət vəkili qeyd edib ki, Özünüməşğulluq Proqramı ilə bağlı müraciətlərə baxılmasında da bəzi hallarda laqeydlik müşahidə olunur: “Bu kimi hallar da aradan qaldırılmalıdır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub