“Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb

img

08-09-2020 [17:51]


Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Türkiyənin “Qalatasaray” klubu bir futbolçusu ilə yollarını ayırıb.

Mia.az-ın məlumatına görə, hücumçu Adəm Büyük İstanbul təmsilçisi ilə vidalaşıb.

33 yaşlı forvard Super Liqada çıxış etməkdə davam edəcək. O, sabiq komandası “Yeni Malatyaspor”la anlaşıb. Adəm 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu “cim-bom”u keçmiş komandasına dəyişib.

Qeyd edək ki, Adəm Büyük “Qalatasaray”a ötən ilin yayında məhz “Yeni Malatyaspor”dan keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR