ABŞ Azərbaycana yardım etdi - FOTO

img

08-09-2020 [16:55]


ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı şöbəsi sentyabrın 4-də Mərkəzi Gömrük Hospitalı üçün nəzərdə tutulmuş COVID-19 aşkarlama ləvazimatlarının ilk hissəsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ianə edib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ EUCOM Humanitar Yardım Proqramı vasitəsilə təqdim edilən ümumi dəyəri 72 000 ABŞ dollarından çox olan ianə Azərbaycana COVID-19 pandemiyasına qarşı daha effektiv mübarizə aparmaq üçün dəstək olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR