Deputatı saxlayan polislə bağlı araşdırma aparılır: "Mənə dedilər ki, onun haqqında tədbir görüləcək"

img

08-09-2020 [16:12]


“Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi idarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.

Mia.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Facebook" səhifəsində yazıb.

O bildirib ki, ona qaldırdığı məsələlərlə bağlı problemlərin araşdıralacağı deyilib: "Məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR