Millətlər Liqası: bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

img

08-09-2020 [09:55]


Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. 

Mia.az xəbər verir ki komandamız Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.

Oyun saat 22.45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR