Məcburi köçkünlərin kommunal haqları ilə bağlı - QƏRAR

img

07-09-2020 [23:01]


Səlahiyyətli dövlət və ya bələdiyyə orqanı kirayəyə verdiyi xüsusi təyinatlı yaşayış sahəsində müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərdən kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsini tələb etmək hüququ olacaq.

Bu, Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər kirayə verən dövlət və ya bələdiyyə orqanının müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərdən həm yaşayış sahəsinə, şəm də kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsini tələb etmək hüququ olmayıb.

Bundan sonra isə xüsusi təyinatlı yaşayış sahəsini kirayəyə verən dövlət və ya bələdiyyə orqanı məcburi köçkünlərdən  kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsini tələb edə biləcək, ancaq həmin məcburi köçkünlərdən yaşayış sahəsinə görə haqqın vaxtında ödənilməsini tələb etmək hüququ yenə olmayacaq.

Eyni zamanda indiyə qədər olduğu kimi bundan sonra da məcburi köçkünlərdən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın ödənilməsi də tələb oluna bilməz/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR