Navalnı komadan ayıldı

img

07-09-2020 [17:39]


Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatına qoşublar.

“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniyanın “Charite” klinkasından bildirilib.

Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR