“Müasir dünya qəddar kişi siyasətindən bezib, artıq qadın liderlərin “yumşaq güc dövrü” gəlib çatır”

img

07-09-2020 [15:04]


“Müasir dünya qəddar kişi siyasətindən bezib, artıq qadın liderlərin xüsusi rol oynayacağı “yumşaq güc dövrü” gəlib çatır”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko “Rusiyanın liderləri” müsabiqəsinin super finalında çıxışı zamanı bildirib.

“Əminəm ki, dünya qəddar kişi siyasətindən yorulub. İnanıram ki, indi güzəştə getməyə və diplomatiyaya daha çox meyl göstərən qadınların xüsusi rol oynayacağı yumşaq güc dövrü gəlir", - deyə Rusiya parlamentinin yuxarı palatasının sədri vurğulayıb.

V. Matviyenko rəhbər qadınlara qadınlığını qoruyub saxlamağı da tövsiyə edib.

"Stilə gəlincə, heç kimə uyğunlaşmağa ehtiyac yoxdur, hər zaman özünüzlə qalmalısınız, öz gücünüzə güvənməlisiniz. Kişilərin üslubunu mənimsəyən bəzi qadınlar qadınlıqlarını itirməyə, kişi kimi geyinməyə başlayırlar. Mənə elə gəlir ki, onlar özlərini itirirlər. Lazım deyil. Gəlin, qadın kimi qalaq, gözəl olaq, incə olaq. Bundan utanmaq lazım deyil”, – deyə siyasi karyerası boyu bir çox yüksək vəzifələrdə çalışan V. Matviyenko söyləyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR