"Məhkəmə qərarı olmadan sökülə bilməz" - Bakı İcra Hakimiyyətindən Qurban Məmmədovun beşmərtəbəli binası haqda açıqlama

img

06-09-2020 [15:59]


Xəbər verdiyimiz kimi, ötən gün bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə verilən Nərimanov rayonu ərazisindəki beş mərtəbəli obyekt boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.

Mia.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR