"Əvvəl sövdələşmə, daha sonra isə... - Qurban Məmmədovun beşmərtəbəli binası sökülür + FOTOLAR

img

05-09-2020 [15:25]


Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür

Mia.az bildirir ki, APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.

Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib.

Onu da qeyd edək ki, indi tikintini sökülməsinə rəhbərlik edən Nurlan Həsənovun özünün məhz ilk əvvəl Qurban Məmmədovla sövdələşməyə getməsi haqda mətbuatda xəbərlər yayılıb.

Ətraflı aşağıdakı linkdə:

https://www.mia.az/w996827/icra-bascisi-ile-qurban-memmedovun-isbirliyi-haqda-iddia-quoto-nurlan-hesenovla-sovdelesmeye-gedir-daha-sonranbspabdin-ferzeliyevquot-2020-09-04-183159

 

Qurban Məmmədovun beşmərtəbəli qeyri-qanuni tikilisi sökülür - Fotolar

Qurban Məmmədovun beşmərtəbəli qeyri-qanuni tikilisi sökülür - Fotolar

Qurban Məmmədovun beşmərtəbəli qeyri-qanuni tikilisi sökülür - Fotolar

Qurban Məmmədovun beşmərtəbəli qeyri-qanuni tikilisi sökülür - Fotolar

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı