Ermənistanda daha 188 nəfərdə koronavirus aşkarlanıb

img

05-09-2020 [11:17]


Ermənistanda daha 188 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 649-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 895-ə çatıb. İndiyədək 39 823 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 656 aktiv koronavirus xəstəsi var.


Digər xəbərlər
SON XƏBƏRLƏR