Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini mürazakirə edib

img

04-09-2020 [17:37]


Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilməkdədir.

Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə yaradılan Birgə Texniki Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib. 

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələləri geniş müzakirə edilib.

Eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılmış Müştərək Texniki Komissiyanın videokonfrans formatında ilk iclası keçirilib. Görüşdə “Ordubad” su elektrik stansiyasının tikintisinin sürətləndirilməsi və stansiyanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. İclasda növbəti görüşün cari ilin sentyabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasında keçirilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR