Hökumət daha bir qərar verdi

img

04-09-2020 [16:34]


Nazirlər Kabineti “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərar verib.

Mia.az xəbər verir ki, bu qərarı Baş Nazir Əli Əsədov təsdiq edib.

Yeni siyahıda qeyd edilib ki, 40-a yaxın xəstəlik üzrə baytarlıq xidməti dövlət sifarişi ilə göstəriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR