Bakıda kran yaşayış binasının və maşınların üstünə aşdı: "Bina və maşınlara ciddi zərər dəyib, ölən və yaralanan var" - FOTO

img

04-09-2020 [15:32]


Bakıda qaldırıcı kran aşıb.

Mia.az xəbər verir ki, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik". 

***

Son məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR