Bakıda metronun fəaliyyəti nə vaxt bərpa olunacaq? - Açıqlama

img

04-09-2020 [10:58]


Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

Məlumata görə, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.

Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR