Salyanda 27 yaşlı kişini qonşusu bıçaqladı

img

03-09-2020 [22:48]


Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin dediyinə görə, H. Hüseynov qonşusu tərəfindən bıçaqlanıb. Bıçaqlanmanın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR