Bakı Şəhər İcra Hakimiyyəti su kanalını zibillikdən təmizlətdirdi - FOTO

img

03-09-2020 [18:58]


Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılmış, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilmişdi.

Məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb:

"Qeyd edilməlidir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş vermişdir.

Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənmiş, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilmiş, ərazinin təmizliyınə cavabdeh olanyerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artirılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılmışdır".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR