Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğuru - Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər
03-09-2020 [18:38]
Ölkədə təhsilin inkişafına qatqısını əsirgəməyən Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal qazanıblar.
Qeyd edək ki, məktəblilərin İnformatika fənni üzrə beynəlxalq olimpiadaya hazırlığı bilavasitə Azercell şirkətinin iştirakı ilə baş tutub. M.Eynizadə və Ə.Hüseynov Asiya Pasifik İnformatika Olimpiadasına hazırlıq mərhələsində Azercell-in dəstəyilə təşkil olunan məşğələlərə qatılıblar.
Kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu beynəlxalq yarışlardan hesab olunan APIO 2007-ci ildən etibarən keçirilir. Bu il yarışmada 33 ölkədən 200-dən çox şagird iştirak edib. Beynəlxalq İnformatika Olimpiadası formatındakı müsabiqə bu dəfə onlayn olaraq İndoneziya hökuməti tərəfindən təşkil olunub. APIO yarışmasında Asiya və Sakit Okeanın qərb regionundan olan ölkələrin nümayəndələri iştirak edirlər.
Daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənən Azercell Telekom neçə illərdir ki, digər nüfuzlu yarışma - Beynəlxalq İnformatika Olimpiadasına qatılan azərbaycanlı şagirdləri də dəstəkləyir. Ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell Rəqəmsal Sponsor qismində təmsil olunaraq iştirakçıları mobil internetlə təmin edib. Şirkət 2017-ci ildən etibarən AR Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara elmi potensiallarını inkişaf etdirməsinə yardım göstərir.
Qeyd edək ki, Azercell ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsi işinə dəstəyini əsirgəmir. Azercell şirkəti informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların dəstəklənməsi, ümumilikdə informasiya-texnologiyaları sahəsində təhsilin inkişafı ilə bağlı layihələr üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"